Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Millətlər Liqası çərçivəsində dekabrın 1-də Kipr və 5-də Farer adaları komandasına qarşı keçirəcək oyunların məkanı və başlama vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, Kipr yığması ilə oyun Bakı vaxtı ilə saat 21:00-da Limassolda “Limassol” stadionunda, Farer adaları ilə qarşılaşma isə saat 19:00-da “Dalğa Arena”da keçiriləcək.

Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.