Futbol üzrə Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutacaq.

“Ağdaş” “Cəbrayıl”la, “Şəki Siti” “Kür-Araz”la, “Baku Sportinq” isə “Kürmük Qax”la münasibətlərinə aydınlıq gətirəcək.

Daha öncə “Lerik”, “Şahdağ Qusar” və “Göygöl” növbəti mərhələyə yüksəliblər.

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
9 noyabr

“Ağdaş” – “Cəbrayıl”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.
Ağdaş şəhər stadionu, 14:00.

“Şəki Siti” – “Kür-Araz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.
Şəki şəhər stadionu, 14:00.

“Baku Sportinq” – “Kürmük Qax”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.
Binə qəsəbə stadionu, 14:30.