Azərbaycan U-21 yığmasının Avro-2025-in seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı matçı üçün hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan oyununu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Referi İrakli Kvirikashvili olacaq. Ona yan xətt hakimləri qismində Giorgi Elikashvili və Davit Chigogidze köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Giorgi Avazaşvili yerinə yetirəcək.
Qeyd edək ki, oyun noyabrın 21-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.