21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda “Dalğa Arena”da Latviya U-21-lə qarşılaşıb. Matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub.

Qeyd edək ki, Samir Əliyevin komandası Avropa çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna ilə qarşılaşacaq. Oyun İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.