İkinci Liqanın 11-ci turunda keçirilən "Cəbrayıl" - "Şəki Siti" matçı (4:1) müəmmalı hakim qərarları ilə diqqət çəkib.

 Offsideplus.az xəbər verir ki, görüşün baş hakimi Kamran Əliyev qarşılaşmanın üçüncü dəqiqəsində Şəki təmsilçisinin təmiz qolunu qeydə almayıb.

O, 90+3-cü dəqiqədə isə qonaqların futbolçusuna qarşı edilən aşkar qayda pozuntusuna görə penalti təyin etməyib. Rəqibin cərimə meydançasına daxil olan "Şəki Siti" futbolçusunun qarşısı kobudluqla alınsa da, referinin fiti susub.

Bundan əlavə, qonaqların futbolçularına 4 sarı vərəqə göstərən baş hakim matç ərzində şəkililərin əleyhinə əlavə qərarlar da qəbul edib. 

Stadionda şahidi olduğumuz digər məqamlardan biri də ədalət təmsilçilərinin "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynova açıq-aşkar rəğbət bəsləməsi idi. Oyunboyu "Şəki Siti"nin texniki zonasında yer alan şəxslərə aqressiv reaksiya göstərən dördüncü hakim bunu nədənsə, "Cəbrayıl"ın məşqçilərinə qarşı etmirdi. 

Bu məqamla razılaşmayan "Şəki Siti"nin prezidenti Elgün Hüseynov isə iradlarını AFFA nümayəndəsinə bildirirdi.

Müəmmalı penalti epizodunu sizə təqdim edirik:

 

Matçın icmalı: