Azərbaycan yığma komandasının futbolçusu Emin Mahmudov İsveç yığmasına qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu bu gün təşkil edilən mətbuat konfransında sabahkı matçda qələbə qazanmaq istədiklərini bildirib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək. Hər matça qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq.

O, səfərdəki məğlubiyyətin əvəzini çıxmaq istədiklərini bildirib: “İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. İndi həmin ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq”.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.