19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Sloveniyada təşkil olunan matçda Azərbaycan millisi meydan sahibi komanda ilə qarşılaşıb. Oyun 9:0 hesabı ilə Sloveniya yığmasının xeyrinə başa çatıb.

U-19 seçmə mərhələdə növbəti oyununu noyabrın 14-də Moldova yığmasına qarşı keçirəcək.