“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” ikinci mərhələnin ilk matçına çıxıb

Komanda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüşdə meydan sahibləri 0:3 hesabı ilə uduzub.

Azərbaycan futbolu tarixində ikinci dəfə bu raundda mübarizə aparan “Qəbələ” birinci mərhələdə “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb (1:1, 1:0).

Bu komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə keçiriləcək.