Futbol üzrə Əvəzedicilər Liqasında 12-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk gündə 2 görüş baş tutub.

“Səbail-2” - “Turan Tovuz-2” matçında meydan sahibləri qalib gəliblər. “Qəbələ-2” - “Neftçi-2” matçında isə heç-heçə qeydə alınıb.

Əvəzedicilər Liqası
12-ci tur
4 noyabr

“Səbail-2” – “Turan Tovuz-2” 2:1
Qollar: Zaman Zamanlı, 13. İftixar İbrahimov, 61 - İsmayıl İsmayılov, 41.
“Bayıl Arena”, 15:00.

“Qəbələ-2” – “Neftçi-2” 1:1
Qollar: Bilal İsmayılov, 32 - Ağadadaş Salyanski, 6.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.