"Sumqayıt" klubu Misli Premyer Liqasının 11-ci turunda doğma meydanda "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Yorğunluq hiss olunurdu. Bilirdik ki, bu əziyyəti çəkəcəyik. İlk dəqiqələrdə top itkiləri, verilən qərarlar sırf yorğun komandanın göstərəcəyi oyun idi. Anlayırdıq. İkinci yarıda meydanda tam fərqli "Sumqayıt" gördük. Əldə etdiyimiz epizodları qola çevirə bilmədik. Lakin fasilədən sonra yaxşı oynadıq, udmaq istəyən komanda görünürdü. Demirəm ki, ilk yarıda da belə deyildi. Sadəcə çox şey alınmırdı. Bu da yorğunluqla bağlı idi. "Sabah"la iki oyunda həddən artıq enerji vermişdik. Bu gün də oynadıq, uduzmadıq. Qarşıdakı matçlara köklənəcəyik. Yorğunluğu bir həftədə atarıq və qələbə qazanarıq".