Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, yığma 3-cü turda səfərdə Farer adaları ilə qarşılaşacaq.

Klaksvik şəhərindəki “Djupumyru” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, C liqasında mübarizə aparan Azərbaycan millisi 4 xalla qrupda 2-ci, xalı olmayan Farer adaları sonuncudur. Lider Kiprin də 4 xalı var. Monteneqro isə 3 xalla 3-cüdür.