FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1147 xalla 120-ci pillədə qərarlaşıb.

 Azərbaycan millisi bu ay  Avro-2024-ün seçmə mərhələsində Estoniyaya 2:0 hesabı ilə qalib gəlib, Avstriyaya 0:1 hesabı ilə uduzub.

İlk 3-lükdə  dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pillədə (1851 xal) qərarlaşıb. Fransa 2-ci (1840),  Braziliya  3-cü (1837) pillədə yer alıb.