AFFA İntizam Komitəsi II Liqada yarışan "Kür-Araz" komandasına texniki məğlubiyyət verib.

Offsideplus.az xəbər verir ki, bu barədə İK-nin bugünkü qərarında bildirilir. Peşəkar Futbol Liqasının saytında dərc olunan qərarda qeyd edilib ki, oktyabrın 23-ü II Liqanın 8-ci  turunun “Dinamo” – “Kür-Araz” görüşünün 81-ci dəqiqəsində qonaq klubun heyətində matçın rəsmi protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev oyuna daxil olub.

Bu səbəbdən “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.