“Zirə” kubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Bakıda İngiltərənin “Hall Siti”, İrlandiyanın “Şelbrun” klublarının sahibi, türk iş adamı Acun Ilıcalı ilə görüşüb.

Offsideplus.az xəbər verir ki, görüş zamanı qarşılıqlı fikir mübadiləsi, gələcəkdə “Zirə” ilə əməkdaşlıq və ölkəmizdə əyləncə, idman və turizm sahələrinə sərmayələr haqqında müzakirələr aparılıb.

Sonda Ilıcalıya “Zirə”nin 10 nömrəli forması təqdim edilib.

189955 54lx4b6pl7