İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatından sonra millini tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, yerli federasiya Sautqeytin müqavilə müddətini uzatmaq haqda düşünmür. Hazırkı çalışdırıcı postundan gedərsə, onu əvəzləyəcək mütəxəssis də bəllidir. 

Belə ki, britaniyalılar üçün prioritet variant “Nyukasl”ın baş məşqçisi Eddi Hounun namizədliyidir. Qeyd edək ki, İngilislər 2024-cü il Avropa çempionatının seçmə qrup mərhələsində əlçatmaz olaraq, vaxtından əvvəl qarşıdakı turnirin final mərhələsinə yüksəlib.