AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın futbolçusu Tuncay Cəfərli ilə bağlı klubun apellyasiya şikayətini qismən təmin edib.

Offsideplus.az xəbər verir ki, AFFA Gənclər Liqasında çıxış edən oyunçunun 4 matçlıq cəzası 2-yə endirilib.

“Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan Cəfərli AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunmuşdu. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv edib.

Futbolçunun davranışı ciddi qayda pozuntusu kimi qiymətləndirilib və ona 2 matçlıq cəza verilib.