Bu gün futbol üzrə Azərbaycan 1-ci liqasında 5-ci turun 3 oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, "Qaradağ Lökbatan" "Zaqatala"nı, "Araz Saatlı" "Difai Ağsu"nu, "Karvan" isə MOİK-i qəbul edib.

Qeyd edək ki, 5-ci tur ötən gün "İmişli" - "İrəvan" matçı ilə start götürməli idi. Lakin "İrəvan"ın futbolçuları oyunu boykot ediblər. Qeyri-rəsmi xəbərlərə görə, "İrəvan" klubu futbolçuların borcunu ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıblar.

19 oktyabr (cümə axşamı)

13:00. “Qaradağ Lökbatan” – “Zaqatala” - 2:1

Qollar: Urfan İsmayılov, 54, Mehdi Tahirov, 81 - Uoren Lloyd, 45+2

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Rövşən Rəcəbov

Neftçi Futbol Mərkəzi (IV meydança)

15:00.“Araz Saatlı” – “Difai Ağsu” - 5:2

Qollar: İlkin Əliyev, 62, Kamran Həsənzadə, 69, Elşan Sabbaği, 75, Şamil Abdullayev, 84, Oqtay Məmmədov, 90+5 - Rəhman Quliyev, 27, Ramin Süleymanov, 77

Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Samir Qaracayev, Əkbər Əhmədov

Saatlı OİK stadionu

15:30. “Karvan” – MOİK - 0:3

Qollar: Elmir Rəhimsadə, 8, 31, Xəyal Bədirov, 85

Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Aydın Baxşıyev, Namiq Bəkirov

Yevlax şəhər stadionu

20 oktyabr (cümə)

15:00. “Şamaxı” – “Mingəçevir”

Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov

Şamaxı şəhər stadionu

18 oktyabr (çərşənbə)

15:00. “İmişli” – “İrəvan” - Oyun keçirilməyib.
İmişli şəhər stadionu