Azərbaycanın U-21 milli komandası Avro-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda Lüksemburqu 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, yığmamızın baş məşqçisi Samir Əliyev matçdan sonra fikirlərini bölüşüb:
"Baxmayaraq ki, Lüksemburq guya autsayderdir, çətin və ağır oyun oldu. Görünən odur ki, rəqib yaxşı komandadır. Oyundan əvvəl onları təhlil etmişdik. Bu komanda Şimali İrlandiyanı səfərdə məğlub etmişdi. Uşaqlar çox gözəl mübarizə apardılar. İlk 20 dəqiqədə futbolçularda həyəcan var idi. Lüksemburq təşəbbüsü ələ almışdı. Buna baxmayaraq, biz öz qolumuzu vurduq. 45-ci dəqiqədə buraxdığımız qoldan sonra oyunçuları ikinci hissəyə hazırlamaq bir az çətin oldu. İkinci hissədə daha üstün oynadıq, qol vəziyyətləri yaratdıq və qalib gəldik".