Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində bu gün növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Avstriyanı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda rəqib 0:1 hesablı qələbə qazanıb. Qol müəllifi Marsel Sabitzer olub.

Bununla da, Avstriya yığması AVRO-2024-ə vəsiqəni təmin edib.

AVRO-2024

20:00 Azərbaycan - Avstriya 0:1

Qol: M.Sabitzer, 48. (pen.)
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu.