Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev UEFA Millətlər Liqası çərçivəsində Kosovoya qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, “Keşlə”nin şərəfini qoruyan qolkiper media nümayəndələri ilə görüşdə bunları deyib:

- Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

- Rəqibin hücum xəttində kifayət qədər güclü futbolçular var. Hansılardan ehtiyat edirsiz?
- Təbii ki, onlar haqda məlumatım var. Futbolçuları təhlil etmişik. Bizə verilən göstərişi komanda halında düzgün yerinə yetirsək, yaxşı nəticə əldə edərik.

- Millətlər Liqası üçün hansısa şüar təklif edəcəksinizmi?
- Əsas özümüzə inanmalıyıq.(komanda.az)