Avstriya millisinin hücumçusu Marsel Sabitzer Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla sabah keçiriləcək oyun üçün təşkil ediən mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, Dortmund "Borussiya"sının üzvü sabahkı görüşdə meydana start heyətdə çıxmaq istədiyini bildirib:

“Belçika ilə matçda start heyətində olmasam da, sonradan meydana daxil oldum və 79-cu dəqiqədə penaltidən fərqləndim. Azərbaycanla matçda əsas heyətdə meydana çıxıb-çıxmayacağıma baş məşqçi qərar verəcək. Təbii ki, mən oynamaq istəyirəm. Ancaq start baş məşqçi məni start heyətində görmək istəsə, böyük məmnunniyyətlətlə oynayacam. Ehtiyatda otursam da, yenə onun işidir”.