“Azərbaycan matçda nəyə qadir olduğumuzu göstərəcəyik. Məqsədimiz seçmə mərhələni birinci pillədə başa vurmaqdır. Futboldur da, qalib də gələ bilərik, uduza da bilərik. Əsas odur ki, oyunçular ruhdan düşmürlər və yaxşı ab-hava var”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsinəd Azərbaycanla sabah Bakıda keçiriləcək oyunöncəsi təşkil edilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis Azərbaycan millisinin inkişafa olduğunu, ancaq rəqibin gücünü tam bilmədiklərini qeyd edib: "Çətin qrafikimiz var. Komanda uduza da bilər, uda da bilər. Azərbaycan millisi ilə əvvəllər çox da oynamamışıq. Ona görə də onların gücünü elə də yaxşı bilmirik. Amma nəzərə alaq ki, son iki matçda İordaniya və Estoniyanı udublar. Demək ki, Azərbaycan millisi də inkişaf edib, sabah nəyə qadir olduqlarını görəcəyik. Matçdan sonrakı konfransda onların gücü haqda daha konkret nəsə deyə biləcəm".

Ranqnik son üç oyunda bir qələbə qazanmaları ilə bağlı isə bildirib: "Bu nəticəyə baxmayaraq, komandada heç bir ruh düşkünlüyü yoxdur. Futboldur da, hər nəticə baş verə bilər. Əvvəllər qalib gəlirdik. Belçikaya uduzmuşuqsa, o demək deyil ki, ruh düşkünlüyü var".