Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində 8-ci turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 oyun keçirilib.

D qrupunun lideri Türkiyə millisi öz meydanında autsayder Latviya ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 16-ya yüksəldərək liderliyi qoruyan Türkiyə millisi son turun nəticəsindən asılı olmayaraq Avro-2024-ün final mərhələsinə vəsiqə qazanıb.

Bu qrupun digər oyununda Xorvatiya Uelsin qonağı olub və 1:2 hesabı ilə uduzub.

AVRO-2024
Seçmə mərhələ, VIII tur

15 oktyabr

A Qrupu

Gürcüstan - Kipr 4:0
Norveç - İspaniya 0:1

E Qrupu

Çexiya - Farer Adaları 1:0
Polşa - Moldova 1:1

İ Qrupu

İsveçrə - Belarus 3:3
Rumıniya - Andora 4:0

D Qrupu

Uels - Xorvatiya 2:1
Türkiyə - Latviya 4:0