İtaliya millisinin yarımmüdafiəçisi Cakomo Bonaventura AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilmiş görüşdə qol vurub.

Offsideplus.az xəbər verir ki, 34 yaş 53 günlük olan Bonaventura İtaliya millisində debüt qolunu vuran ən yaşlı futbolçu kimi tarixə keçib.

Bonaventura 2013-cü ildən İtaliya millisinə dəvət edilir.

Matç İtaliyanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Digər qolları Dominike Berardi(2) və Davide Frattezi vurub.