AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunundan öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Offsideplus.az sizi bu tədbirlərin vaxtları ilə tanış edir:

15 oktyabr

Avstriya milli komandası

12:15. Mətbuat konfransı (Avstriya, Ernst Happel stadionu)
13:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Avstriya, Ernst Happel stadionu)

Azərbaycan milli komandası

18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)