Futbol üzrə Azərbaycan İkinci Liqasında 7-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Şahdağ Qusar" "Lerik"ə 4:1, "Şəki Siti" "Şəmkir"ə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər görüşləri 15-16 oktyabr tarixlərində oynanılacaq.

14 oktyabr

"Lerik" - "Şahdağ Qusar" -1:4

Qollar: Famil Dostiyev, 61 - İlqar Hüseynov, 9-pen. Rubin Seyidov, 45, Ruslan Ağalarov, 47, Mehdi Rəsulov, 90

"Şəmkir" - "Şəki Siti" -1:2

Qollar: Tural Vəlizadə, 23-pen. - Ravil Yusifli, 37, Osman Soltanov, 77