Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün “Azersun Arena”da keçirilmiş Azərbaycan – Şimali İrlandiya qarşılaşmasından sonra 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Samir Əliyev fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Futbolçularımın əziyyətinə heyfim gəlir. Bu gün rəqibdən üstün, yaxşı futbol oynadılar. Rəqibi təhlil etmişdik. Hansı mövqelərdə üstün olduğunu bilirdik. Təəssüf ki, standart vəziyyətdən sonra qol buraxdıq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hətta penaltidən istifadə edə bilmədik. Bu oyunu unudub qarşıdakı Lüksemburqla matça hazırlaşmalıyıq. Növbəti qarşılaşmada qələbə qazanmaq lazımdır”.