21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirilib.

Offsideplus.az xəbər verir ki, milli “Azersun Arena”da bundan əvvəl iki matçda da uduzan Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimali İrlaniya yığması 37-ci dəqiqədən meydanda azlıqda qalsa da, Azərbaycan millisi bu üstünlükdən yararlanma bilməyib və rəqibinə uduzub - 0:1.

F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub.