Almaniya millisinin baş məşqçisi Yoahim Löv yığmadakı karyerasını başa vuran "Arsenal"ın futbolçusu Məsut Özil haqda açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, o, 29 yaşlı yarımmüdafiəçinin milliyə qayıdacağını gözləmədəyini deyib: "Məsut millidən getdiyini açıqladı. Onun bu qərarını dəyişəcəyini düşünmürəm".

 Qeyd edək ki, Özil şəxsi "Twitter" hesabından millidəki karyerasını başa vurduğunu açıqlamışdı. "Arsenal"ın yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirib.(qol.az)