17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Xorvatiyada təşkil olunan matçda millimiz Malta yığması ilə qarşılaşıb. Oyun 4:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu 4-cü dəqiqədə Xanım Əsədova vurub.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Lüksemburqa 0:1, Xorvatiyaya 0:8 hesabı ilə uduzmuşdu.