Bu gün Azərbaycan Birinci Liqasında 4-cü tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

"İrəvan" "Araz Saatlı"nı darmadağın edib. 6 qolun vurulduğu MOİK - "Şamaxı" oyununda qalib müəyyənləşməyib. "İmişli" isə "Mingəçevir"lə heç-heçəyə razılaşıb.

5 oktyabr

Azərbaycan 1-ci liqası
4-cü tur

"İrəvan" - "Araz Saatlı" - 7:0
Qollar: Mirabdulla Abbasov, Vüqar Bəybalayev, 42 (pen.), Arsen Ağvabəyov, 47, Famil Camalov, 64, 73, 83, Vüsal Əsgərov, 71

MOİK - "Şamaxı" - 3:3
Qollar: İsa Zeynallı, 24 (pen.), 51 (pen.), Elvin Valiev, 37 - Emin Zamanov, 40, Qurban Səfərov, 46, Elşad Tağıyev, 87
Qırmızı vərəqə: İsa Zeynallı, 57 (MOİK) - Emin Zamanov, 55 ("Şamaxı")

"Mingəçevir" - "İmişli" - 1:1
Qollar: Elsevər Bəkirzadə, 32 - Gülağa Əsədov, 72
Qırmızı vərəqə: Maqsud Ələkbərov, 89