Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde" Norveç çempionatında növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, adıçəkilən klub 23-cü turda "Vikinq"lə üz-üzə gəlib.

"Molde" çempionatın liderini 4:0 hesabı ilə məğlub edib.

"Qarabağ"ın rəqibi 44 xalla beşinci pillədədir. 

Qeyd edək ki, Azərbaycan çempionu AL-in qrup mərhələsinin ilk turunda "Molde"ni Bakıda 1:0 məğlub etmişdi.