Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, millimiz səfərdə Monteneqro yığması ilə qarşılaşıb. Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 88-ci dəqiqədə Nazlıcan Parlak vurub.

Bu qələbə ilə xallarını 4-ə çatdlran Azərbaycan yığması 2-ci pillədə qərarlaşıb. Lider Kiprin də eyni xalı var. Monteneqro 3 xalla 3-cüdür. Autsayder Fafer adalarının isə xalı yoxdur.