“Qarabağ” klubu futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin 2025-ci ilin yayına qədər olan müqaviləsi daha 2 il artırılıb.

Monteneqrolu futbolçu 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Qeyd edək ki, 2022-ci ilin yayından "Qarabağ"da oynayan Yankoviç komandada 53 matçda 3 qol vurub.