"Çox emosional oyun oldu. Rəqib istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, "Neftçi" haqda danışdıqda onların böyük potesnailının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün meydanda aqressiv, dinamik və nəticə qazanmaq üçün əlindən gələni edən "Neftçi" var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız, uzaqdan zərbələrimiz də oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi, Brkiç yaxşı seyvi ilə yadda qaldı. Maraqlı, gərgin oyunun şahidi olduq. "Neftçi" bu gün əvvəlki turlarla müqayisədə çox fərqli idi. Bu, bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib bir xal qazandıq" - deyə o bildirib.