"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə zədələnib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Misli Premyer Liqasının 6-cı turunda "Saba"la matçın 57-ci dəqiqəsində zədə alıb. O, oyuna davam edə bilməyib və Maksim Medvedevlə əvəzlənib.

Onun zədəsinin ciddi olub-olmadığı hələlik məlum deyil. Buna görə də onun Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Molde" ilə görüşdə iştirak edib-etməyəcəyi də bilinmir.