“Qarabağ” Futbol Klubunda yeni təyinat reallaşıb.

Offsideplus.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin yaydığı açıqlamada bildirilir.

Anar Hacıyev klubun mətbuat xidmətinin rəhbəri təyin olunub.

A. Hacıyev bunadək “Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.

Xatırladaq ki. A.Hacıyevdən əvvəl "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə olub.