Yığma komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi 1-ci Liqada mübarizə aparan "Zaqatala" ilə qarşılaşıb. Matç Azər Məmmədovun baş məşqçisi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu Abdullahi Şuaybu vurub.