2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "İrəvan" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Birinci Liqa təmsilçisi bu yay "Zirə"dən ayrılan Mirsayib Abbasovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 30 yaşlı hücumçu daha öncə "Keşlə" (indiki "Şamaxı") və "Səbail" klublarında oynayıb.