"Çox vacib üç xal qazandıq. Meydança amili bizə çətinlik yaradırdı. Qələbə qazandığımıza görə sevincliyəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 5-ci turunun "Sumqayıt"la oyunundan sonra keçirilən mətbuat konfansında deyib.

"Çətin perioddan keçmişik. Komandadan razıyam. "Kəpəz"də oyunda daha yaxşı oynamağımızı gözləyirdim. Fasilədən sonra daha yaxşı olmağa çalışacağıq" -deyə o bildirib.

Rumıniyalı mütəxəssis yaxın günlərdə yeni transferin olacağını vurğulayıb: "Həmin transferlərdən sonra bizim üçün pəncərə bağlanacaq. Daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Sevinirəm ki, bu matçda 100 faizli nəticə oldu. Bir epizod oldu və qola çevirdik. Ümumi götürəndə, bu cür meydançada oynamaq asan deyil. Futbolçular əllərindən gələni etdilər."

O, bu gün debüt matçında qol vuran Dieqo Valdez haqda da danışıb: " Komandaya bir neçə gün öncə qoşulub. Bundan əvvəlki oyunda ona şans vermədim. İstədim ki, oyunumuza, məşqimizə baxıb komandaya adaptasiya olsun. Göstərdi ki, qol da vura bilir. Onun performansı məni sevindirir".