"Turan Tovuz" klubunun baş məşqçisi "Sabah" üzərində 3:0 hesablı səfər qələbəsindən sonra "CBC Sport"a fleş müsahibə verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis klub rəhbərliyinə, futbolçularına və azarkeşlərə təşəkkür edib: 

 "Sabah" çempionatımızın ən yaxşı komandalarındandı. Amma futbolda qələbə də var, məğlubiyyət də. Rəhbərliyimizə təşəkkür edirəm ki, məğlubiyyətlərdən də sonra daim dəstəklərini verirlər. Azarkeşlərimiz sağ olsun, uzun məsafə qət edib gəldilər, komandanı tək buraxmadılar. Futbolçularımıza təşəkkür edirəm, bu gün çox əziyyət çəkdilər. Qarşımızda bəlli məqsəd var və buna doğru irəliləyirik. Bugünkü oyunda da şükür ki, yaxşı siqnallar gördük".