Misli Premyer Liqasının 4-cü turunda “Neftçi” ilə oyun öncəsi "Qəbələ"də futbolçuların sağlamlıq durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, yalnız bir futbolçu zədə səbəbindən hazırlıqda iştirak etmir. Feras Abu Akal zədədən sonra bərpa prosesi keçir. Asif Məmmədov isə artıq komanda ilə məşqlərə qatılıb.

Xatırladaq ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Qəbələ” görüşü saat 18:30-da başlayacaq.