"Turan Tovuz" klubu Misli Premyer Liqasının 4-cü turunda doğma meydanda "Səbail"ə 1:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov görüşlə bağlı fikirlərini bölüşüb:

"Şəhriyar Rəhimovun ailəsinə səbir diləyirəm, Allah rəhmət eləsin. Azərbaycan futbolu üçün ağır itkidir. Oyuna gəldikdə isə bilirdik ki, "Səbail" əks-hücumlara bel bağlayır. İlk dəqiqələrdə qol buraxmaq bütün planlarımızı pozdu. Futbolçular tələsməyə başladı. Rəqibin müdafiəsini yara bilmirdik. Bu gün ən zəif oyunumuzu göstərdik. İnanıram ki, bu, təkrarlanmayacaq. Amma mövsümün əvvəlidir. Bizdə də yeni oyunçular var, uyğunlaşmaq üçün vaxt lazımdır. Komandanın potensialı var".