Misli Premyer Liqasının III turunda "Sumqayıt"ı qəbul edəcək "Qəbələ" klubu hazırlıqlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar"la oyun ərəfəsində "qırmızı-qaralar"ın heyətinə daha bir futbolçu qoşulub.

Belə ki, müdafiəçi Zurab Oçiqava komanda ilə birgə məşqlərə başlayıb. Kapitan Asif Məmmədov isə fərdi məşqlərini davam etdirir.

Sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu saat 18:00-da başlayacaq.