Tanınmış türkiyəli məşqçi Sərgən Yalçın “Neftçi” klubu ilə razılığa gələ bilməməsinin səbəblərindən danışıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, danışıqların məhsuldar keçdiyini, maliyyə məsələlərində razılığa gələ bilmədiklərini deyib.

“Neftçi” ilə görüşdük. Əslində, danışıqlar yaxşı keçdi. Lakin maddi problemlər oldu. Öz müqaviləmdən bəhs etmirəm. Klubun büdcəsi istədiyim kimi deyildi. Azərbaycana futbolçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyildi”, - Sərgən bildirib.

Qeyd edək ki, mütəxəssislə razılığa gələ bilməyən “Neftçi” baş məşqçi postuna Adrina Mutunu gətirib.