"Sabah"ın baş məşqçisi Murad Musayev "Axmat" klubunun təklifini geri çevirib. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Championat.com" saytı məlumat yayıb. Musayev Rusiya Premyer Liqası təmsilçisini baş məşqçi təklifini qəbul etməyib. 

“Biz Konfrans Liqasında “Partizan”la oyun üçün Belqrada uçacağıq. Bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlar haqqındadır”, M.Musayev Rusiya mətbuatına açıqlamasında deyib.