Əvəzedicilər Liqasında 2-ci tur yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib.

“Neftçi”nin əvəzediciləri “Səbail”in ikinci komandası ilə ev oyununda 4 cavabsız qolla qalib gəliblər.

Əvəzedicilər Liqası
2-ci tur
15 avqust

“Neftçi-2” – “Səbail-2” 4:0
Qollar: Aqşin Abazərov, 29; 53. David Orucov, 33. Həbib İsmayılov, 64.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

Turun digər oyunlarında qeydə alınan nəticələr:

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 2:6
“Zirə-2” – “Kəpəz-2” 1:0
“Qarabağ-2” – “Turan Tovuz-2” 3:0
“Sumqayıt-2” – “Sabah-2” 2:5