Misli Premyer Liqasının II turunda "Turan Tovuz" 0:3 hesabı ilə "Qarabağ"a məğlub olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini bölüşüb:

"Çətin oyunun bizi gözlədiyini bilirdim. "Qarabağ" ilk oyunlarda məğlub olmuşdu, aqressiv olduğunu bilirdik. Heyətdə dəyişikliklər olmuşdu. Hava isti olsa a, ilk hissədə temp yüksək idi. Düzdür, ucuz səhv etdik. Oyunda fərdi ustalıq fərqi öz sözünü dedi. Lakin hələ ki, işin başındayıq. Yeni futbolçularımız zamanla oyuna adaptasiya olacaq. Gələn oyuna hazırlaşacağıq".