Birinci Liqa klubu "Karvan" heyətinə legioner qatıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından məlumat yayıb.

Yevlax təmsilçisi heyətini braziliyalı mərkəz hücumçusu Saymon Santos ilə gücləndirib.

Qeyd edək ki, 21 yaşlı Santos bundan əvvəl Litvanın "Minija" klubunda çıxış edib.