Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, bu barədə PFL-nin rəsmi saytı məlumat yayıb. Əvəzedicilər Liqasının I turu üzrə aşağıdakı qərarlar qəbul edilib:

 “Kəpəz-2” – “Neftçi-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 77.1);

 “Kəpəz-2” – “Neftçi-2” oyununda polis əməkdaşları vaxtından əvvəl stadionu tərk etdiyinə görə “Kəpəz-2” komandası 200 manat cərimə edilir (maddə 98.1)

 “Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 2 oyun cəzalanır, komanda 150 manat cərimə edilir (maddə 40.1);

“Sabah-2” – “Qəbələ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusun sarı vərəqə ilə cəzalandığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37).